AZ

Vardanyan Bakı həbsxanasından Paşinyana cavab verdi

Bakıda həbsdə olan Ruben Vardanyan Ermənistanın baş nazirinin son mətbuat konfransı zamanı ona ünvanladığı bəyanata cavab verib.

Referans.az Unikal-a istinadla xəbər verir ki, bu barədə Ruben Vardanyanın ofisi məlumat yayıb.

Erməni milyarder bildirib ki, o, Paşinyanla söhbətində Ermənistanın siyasətinə qarışmayacağını deyib: "Əgər baş nazirin mənimlə bağlı hər hansı sualı olarsa, o, 2022-ci ilin noyabrında, mən həm də "dövlət naziri" (Vardanyan Qarabağ separatçılarının qondarma qurumunda 108 gün "dövlət naziri vəzifəsi" tutub - red.) vəzifəsini icra etdiyim zaman mənə müraciət edərdi. İstənilən halda mən indi də onun istənilən sualına cavab verməyə hazıram.

Baş nazirə xatırlatmaq istəyirəm ki, 2018-ci ilin yazında onunla ilk dəfə həmkarlarımızla - dördümüz görüşəndə ​​ona dedim ki, biz Ermənistan hakimiyyətinə münasibətdən asılı olmayaraq, xeyriyyəçiliklə məşğul oluruq, çünki bunu xalq üçün edirik.

İndi xalqımız öz tarixinin ən çətin dövrlərindən birini yaşayır, lakin mən inanıram ki, çətinliklərə və fikir ayrılıqlarına baxmayaraq, biz bu mərhələni keçib, sülh və işıqlı gələcək qura biləcəyik".


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
19
referans.az

10Mənbələr