AZ

Bugünə olan hava proqnozu

Bakı. Trend:

Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında dəyişkənbuludlu hava şəraiti gözlənilir, arabir buludlu olacaq, lakinəsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, səhər bəziyerlərdə yağış yağma ehtimalı var.

Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-18° isti,gündüz isə 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civəsütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-70 %,gündüz isə 40-45 % təşkil edəcək.

Azərbaycanın digər rayonlarında isə bəzi yerlərdə arabir yağışyağacaq, şimşək çaxacağı, leysan xarakterli yağışlarınintensivləşəcəyi və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalolunur. Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyirayonlarda duman müşahidə ediləcək. Havanın temperaturu gecə 14-18°isti, gündüz 23-28° isti, dağlıq ərazilərdə isə gecə 5-9° isti,gündüz isə 10-15° isti olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
49
az.trend.az

10Mənbələr