AZ

Bu günə olan hava proqnozu

Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir, arabir buludlu olacaq, lakin əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə yağış yağma ehtimalı var.

Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-18° isti, gündüz isə 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-70 %, gündüz isə 40-45 % təşkil edəcək.

Azərbaycanın digər rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacağı, leysan xarakterli yağışların intensivləşəcəyi və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda duman müşahidə ediləcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlıq ərazilərdə isə gecə 5-9° isti, gündüz isə 10-15° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
49
kommersant.az

10Mənbələr