AZ

“Bölgə “qaynar qazana” çevrilib” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Medianews.az xəbər verir ki, “Bölgə “qaynar qazana” çevrilib” adlı süjetdə Azərbaycan-Ermənistan danışıqları və bölgədə baş verən proseslərdən bəhs olunur.

Bildirilib ki, proseslərin gərgin mərhələyə qədəm qoyması istənilən an “partlayışın” baş verə biləcəyi gözləntiləri artır və əsas diqqət Zəngəzura – Qərbi Azərbaycan torpaqlarına yönəlir:

“Çünki rəsmi Bakı və İrəvan xətti üzərindən davam edən geosiyasi mübarizədə açar nöqtə Zəngəzur dəhlizidir. İran Zəngəzur dəhlizinə görə “müharibəyə başlamaq” kimi bəyanatlar verir. Bölgə faktiki olaraq, “qaynar qazana” çevrilib və hadisələrin istənilən an nəzarətdən çıxması riskləri getdikcə artır”.

Qeyd olunub ki, baş nazir Nikol Paşinyan “sülh sazişi layihəsində olan 17 maddənin 14-ü razılaşdırıldığını bəyan edib:

“Erməni baş nazir Bakıya təklif edir ki, razılaşdırılan maddələr üzərində sülh müqaviləsi imzalansın. Bu, rəsmi İrəvanın diplomatik oyunudur. Belə ki, Paşinyan “yarımçıq sülh sazişi” imzalamaqla həm ölkəsində Konstitusiyanı dəyişdirməkdən imtina etmək, həm də rəsmi Bakının sərhədin delimitasiyasında baza prinsipini dəyişdirmək imkanını əlindən almaq, beləliklə, Qərbi Azərbaycan torpaqları üzərində legitimlik qazanmaq istəyir. Lakin Azərbaycan rəsmi şəkildə bəyan etdi ki, “yarımçıq sülh sazişi” imzalanmayacaq, bütün məsələlər razılaşdırılmalıdır”.

Süjetdə rəsmi Tehranın ciddi əsas gətirmədən Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması ilə bağlı İran mətbuatında dərc olunan, rəsmi şəxslərin dilindən səsləndirilən təhdid xarakterli yazılara yer verilir.

Diqqətə çatdırılır ki, İranın müharibə xəbərdarlıqları daha çox Rusiyanı dəhliz layihəsinə dəstək verməkdən çəkindirmək məqsədi daşıyır: “Bu kontekstdə Azərbaycan məsələləri üzrə erməni ekspert Armine Adibekyan iddia edir ki, Zəngəzur dəhlizi Azərbaycanın Qərbi Zəngəzura nəzarəti bərpa etməsi istiqamətində əsas addımdır. Erməni diplomat Edqar Qazaryan isə deyir ki, Paşinyanın mətbuat konfransında söylədiyinə görə, Azərbaycan Konstitusiyasına əsasən Zəngəzurun (Sünik), Göyçə mahalının Çəmbərək (Geqarkunik), Vedi (Aratat), Şəmşəddin (Tavuş) rayonları, eləcə də Dərələyəz (Vayots Dzor) mahalı onlara məxsusdur. Bununla belə rəsmi İrəvan Azərbaycandan Konstitusiyasını dəyişdirməyi tələb etmir. Əslində Paşinyan bununla Azərbaycana qaytarılacaq ərazilərin siyahısını açıqladı”.

Sonda vurğulanır ki, Ermənistanda belə fikirlər mütəmadi olaraq səsləndirilir və əsas məqsəd Paşinyan hakimiyyətini ittiham etmək olsa da, reallıqdan uzaq deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
medianews.az

3Mənbələr