AZ

İcbari Sığorta Bürosunun rəhbərliyinə TƏYİNAT OLUB

İcbari Sığorta Bürosunun (İSB) İcraçı Direktoruna müavin təyin edilib.Dia-az.İnfo banker.az-a istinadla xəbər verir ki, Seymur Mirzəyev bu vəzifəyə təyin edilib.O, 2024-cü ilin sentyabrından bu vəzifənin icrasına başlayıb.S.Mirzəyev 12 ilə yaxındır ki, İSB-də çalışır. Son iki ili Biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb.İSB-yə rəhbərlik 2024-cü ilin ikinci yarısından etibarən Vüsal Məsiyevə həvalə edilib. Buna qədər isə bu vəzifədə Rəşad Əhmədov çalışmışdı.İcbari Sığorta Bürosu 2011-ci ildə təsis edilib. İSB "İcbari sığortalar haqqında" Qanununun tələbləri nəzərə alınmaqla hüquqi şəxslərin ittifaqı qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş və həmin Qanunda nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun fəaliyyətini tənzimləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
dia-az.info

3Mənbələr