AZ

Qərb normallaşma prosesinə xələl gətirməyə çalışır - ŞƏRH

Bakı. Trend:

Ermənistanın sürətli şəkildə silahlandırılması bölgədə təhlükəlivəziyyət yaradır.

Bunu Trend-ə açıqlamasında siyasi təhlilçi TurabRzayev deyib.

O bildirib ki, bunu onlara hamilik edən Qərb dövlətləri başadüşməlidirlər.

"Əks halda bölgədə müharibə riski yüksəkdir. Bir tərəfdən Qərbdövlətləri - ABŞ, Avropa İttifaqı dövlətləri Brüssel formatında,Almaniya, Britaniya bölgədə sülhün olmasını istəyirlər. Açıqşəkildə sülh müqaviləsinin imzalanması üçün tərəflərə təzyiqedirlər. Digər tərəfdən, Ermənistanın silahlandırılması başadüşüləndeyil. Burada ikili standartlar ortaya çıxır.

Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan da bildirirki, sülhə çox yaxınıq. Ancaq Ermənistan Fransadan, Hindistandan,İordaniyadan və digər ölkələrdən də silah almağa, yeni ordubirlikləri formalaşdırmağa çalışır. Onların aldıqları silahlarıniçində 44 günlük müharibədə zəif qaldıqları nöqtələri gücləndirməküçün aldıqlarını görürük. Bütün bunlar bir-biri ilə paradoks təşkiledir".

Siyasi şərhçi Fuad Əlili Trend-ə açıqlamasında bildirib ki, bəziQərb dövlətlərini Ermənistan deyil, onun geosiyasi məqsədlərimaraqlandırır.

"Ermənistanın himayədarları bir tərəfdən sülhdən dəm vurur,digər tərəfdən isə onları silahlandırır. Bununla da regiondavəziyyəti gərginləşdirməyə can atır. Qərb normallaşma prosesinəxələl gətirməyə çalışır. Ancaq Qərb Ermənistanın bu gün re­gionalproseslərə təsir etmək və regi­ondakı geostrateji reallıqlarıdəyişmək imkanının olmadığını bilir. İrəvanı öz maraq dairəsinədaxil etməklə müxtəlif yardımlar edəcəyini vəd etməklə regionalbarışıq prosesini təhlükə altına atır", - deyə şərhçi qeydedib.

Məqalədə:
Seçilən
26
3
az.trend.az

4Mənbələr