Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır.
"İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.
“Məsələn, əgər təsəvvür etsək ki, Ermənistan ərazisi ilə Azərbaycandan Naxçıvana və ya Türkiyəyə qaz kəməri keçəcək: belə bir variantı da istisna etmək olmaz”, - o bildirib.