Azərbaycanın futzal millisinin Çexiya ilə yoxlama matçları üçün yekun heyəti açıqlanıb.Futzal Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq.Komanda sabah səhər saatlarında Bakı – Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə gedəcək.Milli sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə yoxlama görüşləri keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta