AZ

Trampa qarşı növbəti sui-qəsd cəhdi

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd, sabiq prezident Donald Trampa qarşı daha bir sui-qəsd cəhdi olub.

Bu barədə “AP” məlumat yayıb.

Məlumata görə, Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib.

Hadisə ilə bağlı Trampın seçki qərargahı açıqlama yayıb: “Tramp Florida qolf klubu yaxınlığında silahlı atışmadan sonra təhlükəsizlikdədir”.

Sabiq prezidentin vəziyyətinin yaxşı olduğu bildirilsə də, əlavə məlumat verilməyib.

Qeyd edək ki, o, 2 ay əvvəl Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qulağından güllələnmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
50
bizimxeber.az

10Mənbələr