AZ

Premyer Liqamızda daha 2 oyun

Azərbaycan Premyer Liqasında VI tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

Msport.az xəbər verir ki, günün ilk matçında “Zirə” “Neftçi”ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda Elçin Məsiyevin idarə edəcəyi görüş saat 18:00-da başlayacaq.

Turun son qarşılaşması “Bank Respublika Arena”da baş tutacaq. “Turan Tovuz” səfərdə “Sabah”la görüşəcək. Saat 20:30-da startı veriləcək matçın baş hakimi Əliyar Ağayev olacaq.

Azərbaycan Premyer Liqası

VI tur

15 sentyabr

18:00. “Zirə” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksi

20:30. “Sabah” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bank Respublika Arena

Qeyd edək ki, turun digər görüşlərində “Araz-Naxçıvan” “Kəpəz”i, “Şamaxı” “Sumqayıt”ı minimal hesabla (1:0) üstələyib. “Qarabağ” isə “Səbail” üzərində 2:1 hesablı qələbə qazanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
19
msport.az

10Mənbələr