AZ

Azərbaycan Premyer Liqası: VI tura iki oyunla yekun vurulacaq

Azərbaycan Premyer Liqasında VI tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçında “Zirə” “Neftçi”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda Elçin Məsiyevin idarə edəcəyi görüş saat 18:00-da başlayacaq.

Turun son qarşılaşması Bank Respublika Arenada baş tutacaq. “Turan Tovuz” səfərdə “Sabah”la görüşəcək. Saat 20:30-da startı veriləcək matçın baş hakimi Əliyar Ağayev olacaq.

Azərbaycan Premyer Liqası

VI tur

15 sentyabr

18:00. “Zirə” – “Neftçi”

Qeyd edək ki, Turun digər görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı minimal hesabla üstələyib. “Qarabağ” isə “Səbail” üzərində 2:1 hesablı qələbə qazanıb.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
16
cebheinfo.az

10Mənbələr