AZ

Göygöldə yük maşını qəzaya düşüb, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, 1972-ci il təvəllüdlü V.Məmmədovun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb.

Qəza nəticəsində sürücü ilə birgə sərnişin, 1983-cü il təvəllüdlü C.Məmmədov xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
33
9
ucnoqta.az

10Mənbələr