AZ

Şahmat Olimpiadası: Ardıcıl 3-cü qələbə və ilk xal itkisi

Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Arena.az xəbər verir ki, bu gün 3-cü turun görüşləri keçirilib.

Yarışa İordaniya və Finlandiya komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşıb.

Zəka sahiblərimiz 3:1 hesabı ilə üstün olaraq, qələbə seriyasını 3-ə yüksəldiblər. 3 turdan sonra komandamızın hesabında 6 xal var.

Qadınlardan ibarət millimiz isə Argentina ilə üz-üzə gəlib. Yığmamız üstün olsa da, Ülviyyə Fətəliyevanın məğlubiyyəti görüşün heç-heçə bitməsi ilə nəticələnib. İlk xal itkisi ilə üzləşən komandamız 3 turdan sonra 5 xal toplayıb.

45-ci Şahmat Olimpiadası
3-cü tur
13 sentyabr

Kişilər
Azərbaycan – Moldova 3:1
Aydın Süleymanlı – İvan Şitko 1:0
Nicat Abasov – Andrey Makovey 0,5:0,5
Şəhriyar Məmmədyarov – Yeqor Laşkin 1:0
Məhəmməd Muradlı – Viktor Boloqan 0,5:0,5

Qadınlar
Azərbaycan – Argentina 2:2
Günay Məmmədzadə – Kandela Fransisko 0,5:0,5
Ülviyyə Fətəliyeva – Maria Xose Kampos 0:1
Xanım Balacayeva – Anapola Borda 0,5:0,5
Gülnar Məmmədova – Klaudia Amura 1:0

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
5
arena.az

6Mənbələr