Bu ilin yanvar-iyul ayları ərzində doğumların sayı ötən illə müqayisədə azalıb...
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, Bu ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 58401 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,0-dan 9,8-ə düşüb.
Həmçinin 2024-cü ilin yanvar-iyul aylarında ölkədə 35289 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.
Poliqon.info