AZ

Samir Abasov "Şamaxı"ya qarşı bu futbolçuları oynada bilməyəcək

Misli Premyer Liqasının 6-cı turunda "Sumqayıt" səfərdə "Şamaxı" ilə qarşılaşacaq. "Kimyaçılar" görüşə üç itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında Sumqayıt təmsilçisinin sözçüsü Zaur Xudiyev deyib:

"Şamaxıy"a qarşı üç futbolçumuz oynamayacaq. Heyətdə cəzalı yoxdur. Komandaya zədə səbəbindən İsa Suliman, Ayxan Süleymanlı və Uğur Cahangirov kömək edə bilməyəcəklər. Digərləri baş məşqçinin sərəncamında olacaq, kimə şans verilsə, oynamağa hazırdır".

Qeyd edək ki, bu gün reallaşacaq "Şamaxı" - "Sumqayıt" qarşılaşması 14 sentyabrda keçiriləcək və saat 16:30-da start götürəcək.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
fanat.az

1Mənbələr