AZ

ABŞ və Britaniya Ukraynanın ABŞ naviqasiyası ilə Britaniya raketlərindən istifadəsini müzakirə edir

ABŞ və Böyük Britaniya hökumətləri Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsinə icazə verilməsini müzakirə edirlər. Söhbət Britaniyanın qanadlı raketlərindən ABŞ-ın naviqasiya məlumatları ilə istifadə edilməsindən gedir.

Blomberq mənbələrinin məlumatına görə, bu məsələ son bir neçə gündə ABŞ dövlət katibi Antoni Blinkenin London və Kiyevdə iştirakı ilə baş tutan danışıqların tərkib hissəsi olub.

Kiyev Rusiya daxilindəki hərbi hədəflərə zərbə endirmək üçün daha güclü Qərb silahlarına can atarkən, rəsmilər Ağ Evin Ukraynaya Britaniyanın “Storm Shadow” raketlərini transsərhəd hücumlarda istifadə etməyə icazə verib-verməyəcəyi barədə danışıblar.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
49
oxumeni.az

10Mənbələr