AZ

Durov Fransa kəşfiyyatı ilə əməkdaşlıq edir

Teleqramın qurucusu Pavel Durovun həbs edilməsi onun messencer istifadəçilərinin kimliyi ilə bağlı məlumatları Fransa təhlükəsizlik orqanlarına verməyə məcbur edib.

Axar.az xəbər verir ki, bu barədə “Libération” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, son vaxtlara qədər Durovun messenceri hüquq-mühafizə orqanlarının sorğularına məhəl qoymurdu, lakin indi Teleqram “görünməmiş əməkdaşlığa” başlayıb və sorğulara cavab verir.

Platforma Fransa milli polisinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə İdarəsi (Ofmin) və jandarma bir sıra cinayət araşdırmalarında şübhəli şəxslərin müəyyən edilməsinə kömək edə biləcək məlumatları təqdim edərək sorğularına cavab verib. Xüsusilə, uşaqlara qarşı cinayətlərdən söhbət gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
3
axar.az

4Mənbələr