AZ

Teleqram Fransa polisinə bu məlumatları verdi

Teleqramın qurucusu Pavel Durovun həbs edilməsi onu messencer istifadəçilərinin kimliyi ilə bağlı məlumatları Fransa təhlükəsizlik orqanlarına verməyə məcbur edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Libération" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, son vaxtlara qədər Durovun messenceri hüquq-mühafizə orqanlarının sorğularına məhəl qoymurdu, lakin indi Teleqram "görünməmiş əməkdaşlığa" başlayıb və sorğulara cavab verir.

Platforma Fransa milli polisinin sorğularına cavab verib və bir sıra cinayətdə şübhəli olan şəxslərin ifşasına kömək edə biləcək məlumatları təqdim edib. Xüsusilə, söhbət uşaqlara qarşı cinayətlərdən gedir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
3
milli.az

4Mənbələr