AZ

Satınalma əməliyyatları şöbəsinin mütəxəssisi - VAKANSİYA

ABB ASC Satınalma əməliyyatları şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Satınalmanın  həyata keçirilməsi ilə bağlı olan tapşırıqların prosedurun tələblərinə uyğun olaraq həyata keçirmək;
  • Tender  və kotirovkaların həyata keçirilməsinin təşkili və tələb olunan sənədləşmə işlərini aparılmaq;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərini almaq , təkliflərin müqayisəli təhlilini  aparılmaq və optimal təklifin rəhbərliyə təqdim etmək;
  • Aparılan əməliyyatların reyestrini aparmaq;
  • Mal/xidmət alışı həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin həyata keçirilmək.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə (CİPS sertifikatının olması arzuolunandır);
  • Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə biləyə;
  • Satınalma sahəsində ən az 3 il iş təcrübəsinə;
  • IT və Tikinti sahəsi üzrə satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • MS office proqramlarını əla səviyyədə bilən;
  • ERP ilə bağlı təcrübəyə;
  • İnduktiv və analitik təhlil bacarığına;
  • Problemləri həll etmə bacarığına;
  • Layihələrin idarə olunması bacarığına sahib olan.

Əgər axtardığımız namizəd sizsinizsə //careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
42
fins.az

10Mənbələr