AZ

Ötən ay əhali 702 milyon manatlıq geyim alıb

2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində 4 milyard 835,3 milyon manatlıq geyim, toxuculuq və ayaqqabı məhsulları satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-avqust aylarına nisbətən 4,8% çoxdur.

Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 13% faizi geyim, toxuculuq və ayaqqabıların  alınmasına sərf olunub.

Təkcə avqust ayında geyimə xərclənən vəsaitin məbləği isə 702 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
fed.az

10Mənbələr