AZ

"Fiziki istismar, şiddət, qızlara qarşı isə..." - Valideynlər idman zalı seçərkən bunlara diqqət etməlidir!

Son zamanlar müxtəlif idman növləri üzrə müəllim işləyənlərin uşaqlara təcavüz etməsi və döyərək öldürməsi faktlarına rast gəlirik. Hər kəs bir tədris mərkəzi, kurs açaraq orada idman dərsi keçir.

 

Bəs valideynlər övladlarını idman məktəblərinə qoyarkən nələrə diqqət etməlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Ramin Nurullayev bildirib ki, hər ildə ən azı bir-iki dəfə belə hallarla rastlaşırıq. Bu da ictimaiyyət tərəfindən xoş qarşılanmır. Daha çox müşahidə olunan oğlan uşaqlarına qarşı fiziki istismar, fiziki şiddət, qız uşaqlarına qarşı isə cinsi istismar hallarıdır.

 

"Qz uşaqlarına qarşı olan cinsi istimar halları artıb. Burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideyn öz övladına idman müəllimi və idman zalı seçərkən xüsusilə diqqətli olmalıdır. Həmin zallar Gənclər və İdman Nazirliyinin qeydiyyatında olmalıdır. Dövlət tərəfindən xüsusi lisenziya verilmiş zallara üstünlük verilməlidir. Zirzəmilərdə müəyyən idman zalları açılır və valideynlər də həmin zalların müəllim kollektivi ilə maraqlanmadan övladlarını ora göndərirlər”.

 

Ekspert qeyd edib ki, bəzi hallarda uşağa dərsi öyrətmək adıyla da şiddət göstərən müəllimlərin sayı az deyil.

 

“Təbii ki, bu, doğru yanaşma deyil. Heç bir qanun icazə vermir ki, müəllim dərsi tələbəni döyərək öyrətsin. Valideynlər qız övladlarını oğlanlarla birgə olan dərslərdən uzaq tutmalıdır. Qızlar üçün ayrıca dərs qrupları mövcud olur. Valideyn idman zalı seçərkən xüsusi araşdırma aparmalıdır. Tanınmış və nazirlik nəzdində fəaliyyət göstərən idman zallarını seçməlidirlər. Açıq, şəffaf və kamera sistemi mövcud olan zallara müraciət etmək lazımdır. Çünki həmin idman zalları müəllim seçərkən bu işə məsuliyyətlə yanaşırlar. Qeyd edim ki, zirzəmi kirayə götürüb dərs keçən müəllimlərdən də çəkinmək lazımdır. Kamera sistemi mövcud olan dərslərə valideynlər rahatlıqla nəzarət edə və övladlarını izləyə bilərlər”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
35
sfera.az

10Mənbələr