Bakı. Trend:
Sentyabrın 9-da ölkə ərazisində qeydə alınan 39, əvvəlkidövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışdaolduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismindəaxtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.