Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində ən azı 16 fələstinli ölüb, 64 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, 2023-cü il oktyabrın 7-dən Qəzzada vəziyyətin gərginləşməsi nəticəsində həlak olanların ümumi sayı 40 988 nəfərə çatıb, 94 825 nəfər yaralanıb.