AZ

“Sumqayıt”da “soyuq müharibə”

“Sumqayıt”da klub prezidenti Riad Rəfiyevlə baş məşqçi Samir Abasov arasında soyuq müharibə davam edir. Bir-biri ilə danışmayan cütlük indi də klubda qalmaq davası aparır.

Abasovun Rəfiyevdən gizlicə klubun sponsorları ilə görüşməsi münasibətləri bir qədər də gərginləşdirib. O, klub prezidentinin qovulacağı xəbərini aldığından, indi daha rahat hərəkət edir. Riad bəy isə uğursuz nəticələrdə məşqçinin günahkar olduğunu isbat etmək üçün səy göstərir.

Ötən həftə klubla müqaviləsi ləğv edilən Slavişa Radoviç də prezident – məşqçi qarşıdurmasının qurbanıdır. Bu müdafiəçi iki ay öncə Abasovun israrı ilə transfer edilmişdi. Həmişəki kimi yenə də seleksiya məsələlərində uğursuz olan Samir bəy ümidi doğrultmayan futbolçuya son vaxtlar şans vermirdi. Belədə Rəfiyev Radoviçlə vidalaşmağı lazım bildi.

Radoviçin yerinə alınan Miloş Miloviç isə birbaşa menecer-prezidentin seçimidir. Abasov yayda qovduğu, özünün gətirtdiyi legionerlərdən daha yaxşı olan digər əcnəbilər kimi 29 yaşlı monteneqroludan da məmnun deyil. Lakin “Sumqayıt” futbolçu ilə 1+1 illik müqaviləni rəsmiləşdirib. İndi Samir bəyin onunla necə davranacağı maraq doğurur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
38
futbolinfo.az

10Mənbələr