AZ

“Sumqayıt”da monteneqrolu müdafiəçi

2024-25 mövsümünün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib. Matc.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi monteneqrolu Miloş Miloviçlə anlaşıb. 29 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Miloviç yeni komandasında 95 nömrəli formanı geyinəcək. Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli və Alan Diasın keçidini reallaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
13
matc.az

10Mənbələr