Çinin Dövlət sədri Si Cinpin KXDR ilə strateji anlaşmanı dərinləşdirməyə hazır olduğunu açıqlayıb.
Reyting.az xəbər verir ki, Si Cinpin bunu respublikanın yaranmasının 76-cı ildönümü münasibətilə Şimali Koreya lideri Kim Çen Ina göndərdiyi teleqramında qeyd edib.
Deyilir ki, Çin “yeni dövrdə” və “yeni vəziyyətdə” KXDR ilə strateji anlaşmanı dərinləşdirməyə, həmçinin koordinasiya və əməkdaşlığı gücləndirməyə hazırdır.