Xərçəng diaqnozu qoyulan Böyük Britaniya kralı III Çarlzın səhhətində müsbət tendensiya müşahidə olunur.
Publika.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Daily Mail" məlumat yayıb.
Kralın səhhəti bu ilin əvvəlində xərçəng diaqnozu qoyulduqdan sonra "çox müsbət" istiqamətdə irəliləyir.
Nəşr əlavə edir ki, kral Avstraliya və Samoaya səfərə hazırlaşır və bu, onun xəstəliyə tutulduğundan bəri ilk böyük xarici səfəri olacaq.