AZ

AYNA-nın Təlim Mərkəzindən ŞİKAYƏT: Sürücülərdən hər dəfə niyə fərqli ödəniş TƏLƏB olunur?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyində Test və Təlim Mərkəzi fəaliyyət göstərir. Ümumi sahəsi 6 hektar olan mərkəzdə praktiki təlimlər üçün beynəlxalq standartlara cavab verən xüsusi yollar salınıb. Burada şəxsi avtomobilinizlə maşın sürməyi öyrənə bilərsiniz. Eyni zamanda, mərkəzdə sürücülərə praktik və nəzəri məlumatları əks etdirən təlimlər keçirilir.

"Hər dəfə fərqli qiymət oxuyurlar"

Bizim.media-ya Test və Təlim Mərkəzi ilə bağlı daxil olan şikayətə görə, şəxsi avtomobili ilə həmin ərazidə təlimçisiz maşın sürməyi öyrənmək istəyənlərə hər dəfə fərqli qiymət deyilir. Şikayətçi iddia edir ki, bu qiymət 150 manata qədər qalxır. Son dönəmlər isə mərkəzə gələn sürücülərdən 120 manat ödəniş tələb olunduğu deyilir.

Bəs Test və Təlim Mərkəzində sabit qiymət yoxdur?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, şəxsi avtomobillə həftəiçi təlimin bir saatı 40 manat, həftəsonu bir saatı 50 manat təşkil edir. Müraciət edənlərə istəklərinə uyğun olaraq təlim paketləri də təqdim olunur.

Qiymətlər isə belədir:

Təlim paketləri:

5 dərs - 199 manat, 10 dərs - 349 manat.

Şəxsi avtomobildə təlimçi ilə təlim:

həftəiçi: bir saatı 50 manat;

həftəsonu: bir saatı 60 manat.

Drift:

həftəiçi: bir saatı 100 manat;

həftəsonu: bir saatı 120 manat.

Fərdi-təhlükəsiz idarəetmə təlimi:

bir nəfər üçün 250 manat.

Qrup halında:

bir nəfər üçün 180 manat (minimum 8 nəfər).

Ehtiyatlı idarəetmə təlimi (qrup halında):

bir nəfər üçün 150 manat.

Çəkiliş (reklam xarakterli):

həftəiçi: bir saatı 150 manat;

həftəsonu: bir saatı 180 manat.

AYNA-dan o da bildirilib ki, COP29-la əlaqədar Test və Təlim Mərkəzinin iş yükünün artması ilə bağlı məşğələlər fasilələrlə keçirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
oxu.az

10Mənbələr