AZ

Bayden Starmerlə görüşəcək


ABŞ Prezidenti Co Bayden sentyabrın 13-də Vaşinqtonda Böyük Britaniyanın Baş naziri Key Starmerlə görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat yayıb.
O qeyd edib ki, bu, Böyük Britaniyanın yeni baş nazirinin iyulda vəzifəyə gəlməsindən sonra iki lider arasında Ağ Evdə ikinci görüş olacaq.
Ağ Evin mətbuat katibinin sözlərinə görə, tərəflər ortaq maraqlarla bağlı bir sıra qlobal məsələləri, o cümlədən Ukraynaya davamlı dəstək, Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların əldə edilməsi, Qırmızı dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edəcəklər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
5
yeniavaz.com

10Mənbələr