AZ

Rusiya XİN: "COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya nümayəndə heyəti noyabrda Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacaq".
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Sergey Kononuçenko deyib.
Xatırladaq ki, COP29-un fəaliyyət gündəliyi 14 təşəbbüsdən ibarətdir. Bu 14 təşəbbüs paketi daha "yaşıl dünya" üçün həmrəylik içərisində güclü tərəfdaşlıqları, əməkdaşlıq səylərini təşviq edir, investisiyaları təmin edir, dövlət və özəl sektorları hərəkətə keçirir.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 198 iştirakçı (197 ölkə və Avropa İttifaqı) daxildir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
50
oxu.az

10Mənbələr