AZ

Zelenskiyə çağırış: Putinin planına əməl et

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Slutski Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya lideri Vladimir Putinin təklif etdiyi sülh planına əməl etməyə çağırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Zelenskinin qışa qədər münaqişəyə son qoyulmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən deyib.

O bildirib ki, hərbi əməliyyatların başa çatması etibarlı beynəlxalq təhlükəsizlik nizamının bərpasına imkan verəcək.

Slutski qeyd edib ki, Ukrayna prezidenti son ukraynalıya qədər Rusiyaya qarşı müharibəni davam etdirmək istəyən Qərb siyasətçilərinə əbəs yerə meyil edir:

"Qərbin Kiyev rejiminə növbəti silah tədarükü xüsusi hərbi əməliyyatı ləngidəcək, lakin onun gedişatını dəyişməyəcək".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
49
milli.az

10Mənbələr