AZ

ADY onlayn bilet alan sərnişinləri diqqətli olmağaÇAĞIRDI

Bəzən sərnişinlər qatarlara onlayn bilet aldıqları zaman qatarın növünə fikir vermirlər. Bu isə sonradan sərnişinlər arasında narazılığa səbəb olur.

Redaktor.az xəbər verir ki, ADY-dan APA-ya verilən məlumata görə rayonlararası (şəhərlərarası) marşrutları ilə səfər biletinin onlayn rəsmiləşdirilməsi zamanı hərəkətdə olacaq qatarın növü (sürətli və ya sürət qatarı) açılan səhifədə göstərilir.

Bu zaman qeyd olunan məlumat pəncərənin sol tərəfində, marşrutun adının yuxarı hissəsində “Stadler” və ya “Ekspress” formasında əks olunur.

Qatarlara onlayn formada bilet alan sərnişinlərdən bu məsələdə diqqətli olmaları xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
12
redaktor.az

10Mənbələr