Niderland millisinin baş məşqçisi Ronald Kumanla "Əl-İttihad"a yeni transfer olunan Stiven Berqveyn arasında qalmaqal yaşanıb.
QOL.az xəbər verir ki, 26 yaşlı oyunçu “Ayaks”dan Səudiyyə Ərəbistanı klubuna keçib.
"Voetbalzone" nəşri yazıb ki, Kuman ilk mətbuat konfransında Berqveyni tənqid edib . O, futbolçunu milliyə çağırmayacağını açıq və sərt şəkildə bildirib: "26 yaşında Səudiyyə Ərəbistanına gedən futbolçunun artıq idmana həvəsi yoxdur. Berqveynin milli komanda dəftəri qapandı".
Bu açıqlamaya Berqveynin cavabı gecikməyib. O deyib: "Onsuz da Ronald Kumanın rəhbərliyi altında oynamaq istəmirəm. Media qarşısında mənim haqqımda belə danışan adam üçün oynamayacağam".