Sentyabrın 9-da rəsmi olaraq təqdim olunacaq “iPhone 16” ailəsinin rəng seçimləri məhz bunlar ola bilər.

İndex.az xəbər verir ki, “Apple”in etibarlı mənbəsi Mark Qurmanın sözlərinə görə, “iPhone 16 Pro” və “16 Pro Max” modelləri üçün qızıl titan, təbii titan, ağ titan və qara titan kimi solğun rəng seçimləri təklif olunacaq.

“iPhone 16” və “16 Plus” çox daha canlı, başqa sözlə, rəngarəng olacaq. Qurmanın sözlərinə görə, telefonları sarı, yaşıl, çəhrayı və mavi rənglərdə almaq olar.

Keçən həftə “9to5Mac”ın rənglə bağlı yazısı da diqqət çəkib. Veb sayt yuxarıdakı yeni rəngin “iPhone 16 Pro” seriyası üçün təklif ediləcəyini iddia etdi. Bir çox insanın sevmədiyini söylədiyi bu “qızıl titan” rəngi, əslində, daha əvvəl dediyimiz kimi, daha qəşəng görünə bilər.

Çünki bu mövzuda paylaşım edən Mark Gurman deyib:  “Məncə “iPhone 16 Pro” seriyası üçün təklif ediləcək yeni qızıl rəng bu ilin gözə çarpan rəngi olacaq və çoxlu diqqət çəkəcək. Əvvəllər heç vaxt qızılı “iPhone” almamışam, amma bu dəfə onu almağı düşünürəm”.

Gurman bu sözlərlə yeni rənglə bağlı gözləntiləri artırdı.