AZ

Bu da dünyanın gözlədiyi “iPhone 16” - VİDEO

iPhone 16 smartfonlarının təqdimatı keçirilib.

Yenisabah.az xəbər verir ki, təqdimat "Apple" şirkətinin saytında və Apple TV-də canlı yayımlanıb.

“iPhone 16” və “16 Plus” üçün gözlənilən böyük dəyişiklik arxa tərəfdə şaquli şəkildə yerləşdirilmiş kameraya keçiddir. vakansiya

Smartfonun ultramarin, çəhrayı, mavi, qara və ağ rənqləri mövcuddur. Telefonun iki kamerası var.

"iPhone 16" və "iPhone 16 Plus" modelləri "iPhone 15" və "15 Plus" ilə eyni ölçüdə buraxılacaq.

"iPhone 16"-dakı "A18 Bionic" prosessoru "iPhone 15"-dən 30% daha sürətli olacaq.

Yeni modellər əsasən:

- Fəaliyyət düyməsi və Kamera idarəetmə düyməsi

- Ekran ölçüləri 6,1 və 6,7 düym

- “Advanced Apple Intelligence” süni intellekt sistemi

- Bildirişləri prioritetinə görə çeşidləmək

- Süni intellektlə qalereyada fotoşəkillərin axtarışı

- Siri ilə yazışma imkanı

- Cızılmağa daha davamlı olan yeni şüşə ilə təchiz ediləcək.

“iPhone 16”nın qiyməti isə 799 dollardan, “iPhone 16 Plus” isə 899 dollardan başlayır.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
5
yenisabah.az

10Mənbələr