AZ

Birinci Liqa: 1-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, mövsümün açılış turunun oyunları üç günü əhatə edəcək. Mövsümə sentyabrın 11-də keçiriləcək “Karvan” – “Qaradağ Lökbatan” oyunu ilə start veriləcək. İlk tur ayın 13-də yekunlaşacaq.

Birinci Liqa
1-ci tur
11 sentyabr

“Karvan” – “Qaradağ Lökbatan”
Yevlax şəhər stadionu, 17:00.

12 sentyabr

“Difai” – “Cəbrayıl”
Şamaxı OİK stadionu, 16:30.

“İmişli” – “Baku Sportinq”
Tovuz şəhər stadionu, 18:00.

13 sentyabr

MOİK – “Mingəçevir”
Lökbatan OİK stadionu, 17:00.

“Qəbələ” – “Zaqatala”
Qəbələ şəhər stadionu, 17:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
5
arena.az

10Mənbələr