AZ

Birinci Liqa: 3-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

PFL-dən verilən məlumata görə, Heydər Əliyev adına İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq, “Cəbrayıl” və “İmişli” komandaları arasında 1-ci və 2-ci dövrənin oyunlarının yeri dəyişdirilib. Bu isə o deməkdir ki, bu komandaların 3-cü turdakı görüşü sentyabrın 25-də Bayılda keçiriləcək. Həmin gün MOİK – “Difai” matçı da baş tutacaq. İki gün davam edəcək bu turun qalan görüşləri ayın 26-da keçiriləcək.

Birinci Liqa
3-cü tur
25 sentyabr

“Cəbrayıl” – “İmişli”
“Bayıl Arena”, 13:30.

MOİK – “Difai”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

26 sentyabr

“Karvan” – “Baku Sportinq”
Yevlax şəhər stadionu, 16:00.

“Zaqatala” – “Qaradağ Lökbatan”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qəbələ” – “Mingəçevir”
Qəbələ şəhər stadionu, 17:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
5
arena.az

10Mənbələr