AZ

Dünya çempionatı: Qurbanovanın bürünc medal şansı

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 5-ci günündə daha 1 medal qazanmaq şansımız var.

62 kq-da təsəlliverici görüşdə qalib gələn Günay Qurbanova bürünc medal uğrunda xalçaya çıxacaq.

U-20 dünya çempionatı
Qadın güləşi
Bürünc medal

62 kq
Günay Qurbanova ilk görüşündə Annatina Kendraya (İsveçrə) 16:5 hesabı ilə qalib gəlsə də, bu çıxışını 1/4 finalda davam etdirə bilməyib. Günay ukraynali İrina Bondara 4:10 hesabı ilə uduzub. Bondar finala vəsiqə qazandığı üçün bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edib. O, burda Çin Taypeyini təmsil edən Yi Ye Lini məğlub edib. Günayın üçüncü yer uğrunda görüşdə rəqibi meksikalı Melaniye Nahomi olacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
9
idman.biz

10Mənbələr