AZ

DÇ-nin son günündə iki “bürünc”

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı sona çatıb.

Futbolinfo.az xəbər verir ki, mundialın son günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Ağanəzər Novruzov (74 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Tamir Eşinimayevlə qarşılaşıb. Görüşün sonlarında aldığı xallarla rəqibini 4:1 hesabıyla məğlub edən həmyerlimiz dünya üçüncüsü olub.

Anar Cəfərli (92 kq) təsəlliverici görüşdə hindistanlı Amit Sinqə “tuş”la qalib gəlib. Həlledici qarşılaşmada amerikalı Konnor Mirasolayla üz-üzə gələn milli üzvü rəqibini 6:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Beləliklə, sərbəst güləş millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub. Yekunda 72 xal toplayan yığmamız dünyanın ən güclü 5-ci komandası olub.

Xatırladaq ki, ötən gün Xetaq Karsanov (97 kq) gümüş medala sahib çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
futbolinfo.az

10Mənbələr