Bu yaxınlarda Parisdə saxlanılan “Telegram”ın həmtəsisçisi Pavel Durov bunu istəməsə də, müəyyən şərtlərlə şifrələmə açarlarını Fransa kəşfiyyat xidmətlərinə verə bilər.
Publika.az xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Mən bir dəfə onu 2015-ci və ya 2016-cı ildə görüşə çağırdım. Ona dedim: bax, sən başa düşürsən ki, terrorçular bütün bunlardan istifadə edə bilər. O isə cavab verdi ki, mən bunu heç vaxt heç kimə verməyəcəyəm!”, - deyə Medvedev qeyd edib.
Bununla belə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, güclü təzyiq olacağı təqdirdə Durov şifrələmə açarlarının Fransa kəşfiyyat xidmətlərinə verilməsiylə razılaşa bilər.