AZ

Bu ölkələr süni intellektdən istifadəyə dair konvensiya imzalayıb

Müəllif: Ayşən İmanova, Banco.az

Avropa İttifaqı (Aİ), ABŞ, Böyük Britaniya və daha yeddi ölkə (Andorra, Gürcüstan, İslandiya, Norveç, Moldova, San-Marino və İsrail) arasında Avropa Şurasının süni intellekt, insan hüquqları, demokratiya və qanunun aliliyi haqqında Çərçivə Konvensiyası imzalanıb.

Banco.az xəbər verir ki, bu barədə Avropa Şurasının saytında məlumat verilib.

Qeyd olunub ki, bu, süni intellektdən istifadəyə dair məcburi hüquqi qüvvəyə malik olacaq ilk beynəlxalq müqavilədir.

Sazişin süni intellekt sahəsində tərəqqi və innovasiyaları təşviq edəcəyi, eyni zamanda süni intellektin yaratdığı riskləri idarə etməyə kömək edəcəyi bildirilir.

Çərçivə Konvensiyası Avropa Şurasının 46 üzv ölkəsi və 11 qeyri-üzv dövlət (Argentina, Avstraliya, Vatikan, İsrail, Kanada, Kosta-Rika, Meksika, Peru, ABŞ, Uruqvay və Yaponiya) tərəfindən hazırlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
banco.az

3Mənbələr