AZ

Aİ, Britaniya və ABŞ süni intellektdən istifadəyə dair konvensiya imzalayıb

Avropa İttifaqı (Aİ), ABŞ, Böyük Britaniya və daha yeddi ölkə (Andorra, Gürcüstan, İslandiya, Norveç, Moldova, San-Marino və İsrail) arasında Avropa Şurasının (AŞ) süni intellekt, insan hüquqları, demokratiya və qanunun aliliyi haqqında Çərçivə Konvensiyası imzalanıb.

TASS-a istinadən xəbərə görə, bu barədə Avropa Şurasının saytında məlumat verilib.

Bu, süni intellektdən istifadəyə dair məcburi hüquqi qüvvəyə malik olacaq ilk beynəlxalq müqavilədir.

Süni intellekt sistemlərindən istifadəni insan hüquqları, demokratiya prinsipləri və qanunun aliliyinə tam uyğunlaşdırmaq məqsədi daşıyan sənəd Vilnüsdə AŞ ölkələrinin ədliyyə nazirlərinin konfransı zamanı imzalanmağa açıq elan edilib. Sazişin süni intellekt sahəsində tərəqqi və innovasiyaları təşviq edəcəyi, eyni zamanda süni intellektin yaratdığı riskləri idarə etməyə kömək edəcəyi bildirilir.

Çərçivə Konvensiyası Avropa Şurasının 46 üzv ölkəsi və 11 qeyri-üzv dövlət (Argentina, Avstraliya, Vatikan, İsrail, Kanada, Kosta-Rika, Meksika, Peru, ABŞ, Uruqvay və Yaponiya) tərəfindən hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
32
banker.az

10Mənbələr