Almaniya Qəzza zolağının əhalisinə daha 50 milyon avroluq humanitar yardım ayıracaq.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok iordaniyalı həmkarı Ayman əs-Səfədi ilə görüşdən sonra “X” sosial şəbəkəsində bəyan edib.
O qeyd edib ki, yeni tranş nəzərə alınmaqla, 2023-cü ildən indiyədək Berlindən Qəzzalılara verilən dəstəyin həcmi 360 milyon avronu keçib.
“İordaniyadakı suriyalı qaçqınlara humanitar yardım da 12,7 milyon avro artırılacaq”, - A.Berbok vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, İordaniyaya humanitar yardım 2024-cü ildə 63 milyon avroya yüksələcək.
XİN-dən bildirilib ki, Almaniya “İordan dəhlizi” adlanan yol boyunca yük maşınları tərəfindən yardımın tədarükünü davam etdirmək üçün əlavə 5 milyon avro ayıracaq.
- Qəzza
- Almaniya
- Qəzza Zolağı
- Əhali
- Avro
- Humanitar Yardım
- Yardım
- Iordaniya
- Humanitar
- Nazir
- Annalena Barbok
- Dəstəy
- Xarici
- Qəzzalılar
- Hərbi Əməkdaşlıq
- Zolaq
- 50 Milyon
- Işlər
- 50 Milyon Avro
- Əhalinin
- Milyon Avro
- Barış
- Əhalə
- Qəzzaya Yardım
- Ayman Əs-Səfədi
- Dünya Görüşü
- Dəstəyi
- Əhalinin Dəstəyi
- 360 Milyon Avro
- Alman Xarici Işlər Naziri
- Əs-Səfədi
- Maliyyə Və Mədəniyyət
- Əhalinin Yardımı
- Almaniyanın Xarici Işlər Naziri
- Civil Müharibə
- Ecrabanlıq
- Barbok
- Ayman