AZ

Qətər Qəzza sakinlərinə yardım məqsədilə 4,5 milyon dollar vəsait ayıracaq

Bakı. Trend:

Qətər Qəzza zolağında yaşayanlara yardım üçün 4,5 milyon dollarayıracaq.

Trend-in ThePeninsulaya istinadən aldığı məlumata görə, bu məqsədlə QətərQızıl Aypara Cəmiyyəti, BMT-nin Fələstinli Qaçqınlara Yardım vəİşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi və Qətər İnkişaf Fonduarasında müqavilə imzalanıb.

Ayrılan vəsait Qəzza zolağından olan 4400 fələstinli işçiyə,habelə münaqişədən əvvəl tibbi müalicə üçün Qərb Sahilinə gedən vəhazırda evlərinə qayıda bilməyən anklav sakinlərinə dəstək üçünnəzərdə tutulub.

"Keçən ilin oktyabrından bəri münaqişə nəticəsində Qəzzazolağına dönə bilməyən məcburi köçkünlər üçün nağd yardım həyatiönəm daşıyır", - Qətər Xəbər Agentliyinin məlumatında qeydolunub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
20
az.trend.az

10Mənbələr