AZ

Yan Dal Tomasson: "Önəmli olan qələbə ilə başlamaqdır"

“Nəticə ilə razı qaldım”.

İdman.biz xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson Millətlər Liqası çərçivəsində Azərbaycan yığmasına qarşı 3:0 hesabla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli məşqçi bildirib ki, kifayət qədər şanslar əldə etdi: “Bu gün müdafiədə yaxşı oynayan komandaya qarşı oynadıq. Açıq oyun getdi. Bu cür olanda da rəqib üçün də şanslar yaranır. İlk hissəsə çox ötürmələr verdik, lakin alınmırdı. Fasilədə də bununla bağlı danışdıq. Topu itirəndə problemlər yaşayırdıq. Bəzi epizodlarda yenidən çalışmalıyıq. Qapıçıdan çox razıyam. Önəmli olan qələbə ilə başlamaqdır. Biz bunu bacardıq”.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
28
idman.biz

10Mənbələr