AZ

San Marino millisi 20 ildən sonra qələbə qazanıb

Millətlər Liqasında mübarizə aparan San Marino millisi 20 ildən sonra ilk dəfə qələbə qazanıb. 

Apasport.az xəbər verir ki, D Liqasının 1-ci qrupunda yer alan San Marino Lixtenşteyni qəbul edib. 

Qarşılaşmanın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin 19 yaşlı hücumçusu Nikko Sensoli 53-cü dəqiqədə fərqlənib.

San-Marino 1:0 hesabı ilə qalib gəlib. Bu, “göy-ağlar”ın futbol tarixində 20 ildən sonra qazandıqları ilk qələbə olub .

Qeyd edək ki, San-Marino komandası 2004-cü ildə Lixtenşteyn üzərində qələbə qazanıb. Klub Endi Selvanın qolu ilə həmin matçda 1:0 hesablı qələbəyə sevinib. Bu matç indiyədək keçirilən bütün yarışlarda komandanın ilk və tək qələbəsi olub. 

Mourinyo "Real"ın futbolçusunu istəyir

"Mançester Yunayted"in braziliyalı futbolçusu Super Liqa klubuna keçir?

Balotelli İtaliya klubuna keçə bilər

"Liverpul" 16 yaşlı futbolçu transfer edib

İlin ən yaxşı gənc futbolçusu adına namizədlər – SİYAHI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
28
apasport.az

10Mənbələr