AZ

ÜST: Konqo Demokratik Respublikasına 99 min Mpox peyvəndi çatdırılıb

ÜST: Konqo Demokratik Respublikasına 99 min Mpox peyvəndi çatdırılıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus virusa yoluxma hallarının geniş yayıldığı Konqo Demokratik Respublikasına (DRC) 99 min M pox peyvəndinin çatdırıldığını bildirib.Qebreyesus X sosial media platformasında vaksinlərin DRC-yə çatdırılması ilə bağlı paylaşım edib.99 min peyvəndin DRC-yə çatdırıldığını və bunun çox yaxşı bir hadisə olduğunu qeyd edən Qebreyesus, "bu həftə sonu DRC-yə əlavə 101 min doza peyvəndin çatdırılması gözlənildiyini bildirib.Qebreyesus ÜST və tərəfdaşlarının yoluxmaların aşkarlanması, kontaktların izlənməsi, hədəflənmiş peyvənd və cəmiyyətin bu mübarizədə iştirakı üçün DRC hökumətinin hərtərəfli sağlamlıq fövqəladə reaksiyasını dəstəklədiyini bildirib, həmrəylik və peyvənd mübadiləsi üçün Avropa İttifaqına təşəkkür etdi.Qeyd edək ki, ÜST 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlara görə "meymun çiçəyi" adını "mpox" olaraq dəyişdirib.Mpox virusu avqustun 14-də ÜST tərəfindən ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət olaraq elan edilib.Mənbə: AA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
34
afn.az

10Mənbələr