AZ

Mərakeşin sel fəlakəti

Mərakeşin cənub-şərqinə təsir edən şiddətli yağışın səbəb olduğu seldə həlak olanların sayının 11-ə yüksəldiyi bildirilib. Daxili İşlər Nazirliyinin sözçüsü Rəşid əl-Hələfi mətbuata bu barədə məlumat verib.

Tata vilayətində 7, Tiznit və Ər-Rəşidiyyədə hər birində 2 insan güclü tufan və selin qurbanı olub. Tata, Rəşidiyə və Tarudantda isə 9 nəfər itkin düşüb.

Son iki gündə qeydə alınan yağıntının miqdarının il ərzində bölgəyə düşən yağıntının təxminən yarısına uyğun gəldiyini qeyd edən Halefi, sel nəticəsində 24 evin tamamilə, 16-nın isə qismən dağıldığını, 93 yolun zədələndiyini bildirdi. Nəqliyyatda fasilələr yaranıb, elektrik, içməli su və telefon şəbəkələri də sıradan çıxıb.

Mərakeşin Tata vilayəti Temnarat qəsəbəsinin meri Ömər Behuş daha əvvəl şiddətli yağışın səbəb olduğu seldə 8 nəfərin həyatını itirdiyini, ən azı 15 nəfərin isə itkin düşdüyünü bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
7
vaxt.az

10Mənbələr