AZ

“Qəbələ” ardıcıl 5-ci sınaq matçından qalib ayrıldı

2024/2025 mövsümündə Birinci Liqada mübarizə aparacaq “Qəbələ” hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, bu yay 6-cı sınaq matçına çıxan “qırmızı-qaralar” “İmişli” ilə üz-üzə gəliblər.

Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub. Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə 2:0 hesabı ilə qalib gəliblər. Qələbə qollarına Nuqay Rəşidovla Domi Jaures imza atıblar.

Bu, “qırmızı-qaralar”ın hazırlıq çərçivəsində ardıcıl 5-ci qələbəsi olub. Küveyt təmsilçisi “Əl-Yarmuk”la heç-heçə (2:2) edən “Qəbələ” ardınca “Zaqatala”ya (2:0), “Cəbrayıl”a (5:2, 4:1) və “Mingəçevir”ə (4:0) qalib gəlmişdi.

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” bu gün heyətinə daha bir futbolçu qatıb. “Qırmızı-qaralar” Samir Həsənovun keçidini gerçəkləşdiriblər. 21 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Samir bunadək “Rubin” (Rusiya) və “Neftçi”də çıxış edib.

Qeyd edək ki, Birinci Liqada 2024/2025-ci illər mövsümünə sentyabrın 11-də start veriləcək. Qəbələnin eyniadlı təmsilçisi ilk turda “Zaqatala” ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
3
arena.az

4Mənbələr