AZ

“Qəbələ”dən növbəti qələbə

“Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, yeni mövsümə hazırlıq çərçivəsində 6-cı matçına çıxan “qırmızı-qaralar” “İmişli” ilə üz-üzə gəlib.

Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub. Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə 2:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin qollarına Nuqay Rəşidovla Domi Jaures imza atıblar.

Bu, “qırmızı-qaralar”ın hazırlıq çərçivəsində ardıcıl 5-ci qələbəsi olub. Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçə (2:2) edən “Qəbələ” ardınca “Zaqatala” (2:0), “Cəbrayıl”a (5:2, 4:1) və “Mingəçevir”ə (4:0) qalib gəlib.

1-ci Liqada 2024-2025-ci illər mövsümü sentyabrın 11-də start götürəcək. “Qəbələ” ilk turda “Zaqatala” ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
3
rekord.az

4Mənbələr